loader image

Dia.edu.az

  • 12.05.2023 - 00:00

E L A N

Ümummilli lider Heydər Əliyevin  100 illiyinə həsr olunmuş “İdarəetmədə və İqtisadiyyatda yeni ideyalar və trendlər” mövzusunda 2023-cü il 31 may tarixindəRespublika Elmi-Praktik Konfransı keçirilməsi planlaşdırılmışdır

 

Konfrans materiallarına keçid:

Son illərdə dünyada baş verən qlobal dəyişikliklər idarəetmədə yeni  ideyalar və yanaşmalar tələb edir.

01.02.2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”lə bağlı Sərəncamı dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur.

 Doğurdan da qüdrətli dövlət və yüksək rifah cəmiyyəti ilə bağli səslənən dəlil və fikrlərə baxaq:

….özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır.

…Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır.

 …Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.

….Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.

Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır:

– yüksək keyfiyyətli ekoloji mühit;

– yaşıl enerji məkanı.

 

Milli Prioritetlər ölkədə strateji idarəetmədə yeni platforma olmaqla, bu yeni çağırışlar yeni ideyaların olması zərurətini yaradır.

Bu səbəbdən Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İdarəetmədə və İqtisadiyyatda yeni ideyalar və trendlər mövzusunda Respublika Elmi-Praktik Konfransıın keçirilməsi planlaşdırılmışdır.

MƏQALƏLƏR AŞAĞIDAKI BÖLMƏLƏR ÜZRƏ AİDİYYATI

E-MAİLLƏRDƏ QƏBUL EDİLİR

 

MƏQALƏLƏRİN TƏRTİB OLUNMA QAYDALARI:

 

Məqalələrin mətnin yığılması-A4-də, hər tərəfdən 2,5 sm, şrift 14pt, interval 1,5, Times New Roman olmaqla  Мicrosoft Word formatında və SEÇDİYİ BÖLMƏ ÜZRƏ HAZIRLANMALIDIR.

Məqalələr 5-8 səhifədən ibarət olmaqla, azərbaycan ingilis və rus  dillərində təqdim oluna bilər.

Məqalə elektron şəkildə 12.05.2023 tarixindən 28.05.2023 tarixinədək qəbul edilir.

 

MƏQALƏNİN TƏRTİBİ ÜÇÜN NÜMUNƏ

 

MƏQALƏNİN ADI

KONFRANSDA İŞTİRAK ETDİYİ BÖLMƏNİN ADI

Müəllifin adı, atasının adı, soyadı

Elmi dərəcəsi, vəzifəsi

 e-mail

Təmsil etdiyi müəssisənin adı

Xülasə

Xülasə adi hərflərlə, Məqalənin yazıldığı dildə, 350-400 simvol.

          Açar sözlər: 3-5 söz

Məqalənin mətni ….. ……………… ……..

Məqalədə istinad olunan ədəbiyyat [1, s.78] kimi verilməlidir.   

Ədəbiyyat

 

BÖLMƏLƏR

 

I BÖLMƏ: ilahiyemusayeva@gmail.com

“Dövlət idarəçiliyində yeni İKT texnologiyaları”

 

II BÖLMƏ: davamliinkishaf@gmail.com

diamanagment@yandex.yandex.ru

“İdarəetmədə 4S(dördüncü sənaye inqilabı) bacarıqları və ölkə prioritetləri”

 

III BÖLMƏ: konfrans84@mail.ru

“İqtisadiyyatın idarəolunmasında yeni yanaşmalar”

Təşkilat komitəsi

EVENT INFO :

  • Start Date:12.05.2023
  • Start Time:00:00
  • End Date:30.06.2023
  • End Time:00:00