loader image

Dia.edu.az

NİZAMNAMƏ



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Dövlət idarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun
qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi
tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının
möhkəmləndirilməsi məqsədilə qərara alıram:
1. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılsın.
2. Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərinin həlli Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasına, elmi-metodik rəhbərlik isə Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Nizamnaməsi təsdiq edilsin (Nizamnamə əlavə olunur).
4. Dövlət İdarəçilik Akademiyasında təhsil prosesi 1999-cu il sentyabrın 1-dən başlansın.
5. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, keçmiş Bakı Sosial
İdarəetmə və Politologiya İnstitutunda təhsil alan tələbələrin müvafiq dövlət təhsil
müəssisələrinə köçürülmələrini təmin etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri 1999-cu il sentyabrın 1-dək həll etsin.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 3 yanvar 1999-cu il
№ 60

Azərbaycan Respublikası Prezidentinin
3 yanvar 1999-cu il tarixli, 60 nömrəli fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR .