loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında məzun günü qeyd edilib

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında məzunlarla görüş olub.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Rektor rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, qazanılan nailiyyətlərdən danışıb. Akademik U.Ələkbərov Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən bəhs edib, 44 günlük Zəfərdən, zəfərə gedən yolun əsasında bilik və bacarığın dayandığını qeyd edib, eyni zamanda respublikamızın çox sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu diqqətə çatdırıb. Məzunlara ölkəmizi şərəflə təmsil edəcəklərinə inandığını bildirib, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Milli Məclisin deputatı dosent Aydın Mirzəzadə, DİA-nın Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, İnzibati idarəetmə fakültəsinin dekanı dosent Elnur Əliyev və digər çıxış edənlər də məzunları təbrik edib, onlara xoş arzularını bildiriblər.