loader image

Dia.edu.az

DİA-da yerli özünüidarəetmənin inkişafına dair elmi-praktik konfrans
İyn 03 , 2014 – 11:43

Respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hokumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin və birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmənin təşkilində Bələdiyyə-QHT-Vətəndaş münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Elmi-praktik konfransın açılışında  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışmışdır. Rektor, qeyd etmişdir ki, Azərbaycanın davamlı inkişafa nail olması xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı ilə bağlıdır. Natiq, ölkənin modernləşməsində, bu inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışmış, aparılan islahatların əsas məqsədinin çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət olduğunu bildirmişdir.

Emli-praktik konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərəsət Qurbanov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət Həsənova, Azərbaycan Respublikasının Milli Məclisinin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nümayəndəsi hüquq üzrə fəlsəfə doktoru,  baş ədliyyə müşaviri İlham Abbasov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Sumqayıt şəhər bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lüdmila Xəlilova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müdiri, iqtisad elmləri doktoru, Xatirə Hüseynova, dos Sevil Məmmədova və digər ekspertlər “Azərbaycanda bələdiyyə idarəetməsinin təkmilləşdirilməsində əməkdaşlıq prinsipləri”, “Sosial tərəfdaşlıq regional subyektlərin əlaqələndirici mexanizmi kimi”, “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında QHT-bələdiyyə əməkdaşlığı”, “Azərbaycanda yerli özünüidarəetmədə içtimai iştirakçılığının hüquqi əsasları”, “Demokratik cəmiyyətdə yerli ekoloji problemlərin həllində bələdiyyə -QHT əməkdaşlığı”, “Azərbaycanda bələdiyyələrin insan hüquqlarının təminatında rolu” və digər mövzularda məruzələrlə çıxış etmişlər. Natiqlər konfransda yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlərdən, davamlı insan inkişafı sahəsində həyata keçirilən milli srtategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatlar təhlil ediliş, yerli özünüidarəetmədə əldə olunan uğurlar və gözləntilər nəzərdən keçirilmiş, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanları və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsini barədə fikirlərini bölüşmüşlər. Qeyd etmişlər ki, ölkədə yerli özünüidarəetmə əsas institutlarından birinə çevirmiş və yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin əsasında, vətəndaşlara xidmətin yerli özünüidarəetmə qurumları vasitəsi ilə daha effektiv şəkildə verilməsinin təmini, informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsi ilə yerli özünüidarəetmə qurumları resursları ilə sosial xidmətlərin göstərilməsi strategiyasının reallaşdırılması mexanizmləri, yerli özünüidarəetmənin dekokratik inkişafa təsiri imkanları və digər aktual mövzular ətrafında müzakirələr olduqca səmərəlidir