Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Hüquq və Gənc Hüquqşünaslar” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında DİA Hüquq Klubu, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və ELSA Azərbaycanın təşkilatçılığı ilə Kommersiya Hüququ mövzusunda “Hüquq və Gənc Hüquqşünaslar” layihəsinə start verilib.

3 dekabr 2021-ci il tarixində layihə çərçivəsindəki ilk təlim baş tutmuşdur. Layihənin açılışında DİA TGT Hüquq Klubunun sədri Fidan Namazova, Miqrasiya Könüllüsü İctimai Birliyi” nin sədri Aydan Həşimova, ELSA Azərbaycanın Seminarlar və Konfranslar üzrə Vitse-Prezidenti Tariyel Əliyev çıxış etmişdir .

Təlimçi qismində hüquqşünaslar Günəş Vəliyeva və Gülçin Məmmədova “Müqavilə hüququ” və “Korporativ Hüquq” mövzusunda çıxış etmişlər.

Layihənin təşkilində məqsəd gənc hüquq tələbələri və hüquqşünasları müvafiq sahədə maarifləndirməkdir.

Qeyd edək ki, layihə 3 təlimi daha əhatə etməklə 24 dekabr tarixinədək davam edəcək.