preloader-matrix

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının professorunun kitabı beynəlxalq elektron platformada dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, professor Xatirə Hüseynovanın həmmüəllifi olduğu “Kəmər və Yol təşəbbüsü Cinin qlobal iqtisadi izi” (Belt ans Road  İnitiative  Chinas  qlobal bussines footprint) adlı kitab İngiltərədə “İqtisadiyyat və biznes araşdırmaları Mərkəzinin” (CBER) dəstəyi ilə  2021-ci ildə çapdan çıxmış və www.amazon.com  saytında yerləşdirilmişdir.

Prof. X.M. Hüseynovanın “Kəmər və Yol təşəbbüsü və Mərkəzi Dəhliz: Çin, Xəzər, və Avropa arasında logistik körpü ” ( Belt and Road  İnitiative  and the Central Corridor: Logistics bridge between China, the Caspian, and Europe) adlı yazı Cinin sürətlə böyüməsindən başlayaraq hökm sürən qlobal təkqütblü nizam, iki qütblü iqtisadi nizama doğru keçməyə başlaması, bu çərçivədə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü düşünülmüş ən iddialı layihələrdən biri sayıldığı qeyd edilir. Kitab Çinin bu təşəbbüsünün qlobal iqtisadiyyata təsirinin müxtəlif tərəflərini əhatə edir, perspektivlər təhlil olunur, iqtisadi təsirlərlə bağlı hər tərəfli baxışları təqdim edir.

“Kəmər və Yol təşəbbüsü və Mərkəzi Dəhliz: Çin, Xəzər, və Avropa arasında logistik körpü” bölməsində izah edilir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra yaxşı tanınmaqla və Avropa ilə Xəzər hövzəsi arasında enerji təhlükəsizliyi və nəqliyyat infrastrukturu daxil olmaqla bir çox sahələrdə müsbət bir nüfuz qazanıb. Bu cür müsbət nüfuz və Azərbaycanın regional və qlobal təcrübəsi ölkəni müasir İpək Yolu layihəsinin əsas ölkələrindən birinə çevirmişdir.

Çinin başlatdığı Kəmər və Yol Təşşəbbüsü (BRİ) adlı iddialı iqtisadi layihədə Azərbaycan Respublikasının mühüm rolu açıqlanmışdır. Azərbaycan Respublikası, Cənubi Qafqaz bölgəsində, Şimali və Cənub, Şərq və Qərbin kəsişməsində yerləşən və Asiya ilə Avropa arasında körpü oynayan mühüm bir ölkədir.

Bu baxımdan Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində nəqliyyat və geosiyasi üstünlükləri var. Bölmədə qədim İpək Yolu və müasir Kəmər və Yol Təşşəbüsü strategiyasında mühüm rol oynayan Azərbaycanın nəqliyyat və logistika üstünlüklərini təqdim olunur.

oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:

(https://www.amazon. com/dp /BO991FG6MF)