loader image

Dia.edu.az

Durham Universitetinin dosenti Dövlət İdarəçilik Akademiyasında onlayn təlim keçib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Dillər kafedrasının ingilis dilində tədris aparan müəllimləri üçün onlayn təlim keçirilib. Təlim Durham Universitetinin dosenti Lesley Ann Kendall tərəfindən təqdim edilib. Dosent Lesley Ann Kendall Durham Universitetinin İngiltərədə, elecədə bir sıra xarici universitetlərdə təlimçi kimi iştirak edir. O, Azərbaycanda Britaniya Şurasında da fəaliyyət göstərib. 

İngilis dilində tədris aparan müəllimlər üçün aylıq peşəkar inkişaf sessiyalarının mütəmadi davam etdirilməsi planlaşdırır. Birinci sessiya xarici dil öyrənməyin ayrılmaz hissəsi olan “Oxumağı Öyrətmək” (Teaching to Read) mövzusunu əhatə edib.