loader image

Dia.edu.az

“Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsinin Dövlət Tənzimlənməsi”, ”Azərbaycanda Dövlət-Din Münasibətləri”, istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2014 ilin yanvar ayında “Təbiətdən İstifadə və Ətraf Mühitin Mühavizəsinin Dövlət Tənzimlənməsi”, ”Azərbaycanda Dövlət-Din Münasibətləri”, istiqamətləri üzrəqısamüddətli  ixtisasartırma kursları keçirilmişdir. Kurslara Dövlət Hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Təbiətdən İstifadə və Ətraf Mühitin Mühavizəsinin Dövlət Tənzimlənməsi” istiqamətinin əsas məqsədi – Azərbaycan Respublikasının ekologiya sahəsində dövlət siyasəti: prioritetləri, heyata keçirilmə mexanizmləri, Xəzər dənizinin ekoloji problemləri, Elektron hökümət. Əsas anlayişlar. Elektron hökümətin formalaşdırılmasında və inkişafın mərhələləri. Beynəlxalq təcrübə. Ekoloji sivilizasiya və davamlı inkişafın planlaşdırılması və idarəedilməsi: Azərbaycan Beynəlxalq müqayisələrdə və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Qeyd edilən kurs ərzində AR Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik U.Ələkbərov,  müxtəlif mövzularda mühazirələrlə   çıxış etmişdilər.

Eyni zamanda qeyd olunan kursla yanaşı -” Azərbaycanda Dövlət-Din Münasibətləri”

– istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi, Azərbaycan Respublikasında dövlət-din siyasəti və prioritet istiqamətlər, Azərbaycanda mövcud dini durum: problemlər və perspektivlər, Dini ekstremizm və ona qarşı mübarizə, Azərbaycanın xarici siyasətində islam ölkələri ilə əməkdaşlıq, Dinşunaslıq ekspertizasının təşkili, dini ədəbiyyatın idxalı və satışı problemləri s.problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi. Bu kursda AR Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akamiyasının rektoru Urxan Ələkbərov, AR Milli Təhlükəsizlik Nazirliyinin, idarə rəisi nail Tağızadə və digər muhazirəçilərin çıxıları nəzərdə tutulmuşdur.

Yanvar ayının 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kurslar üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Akademiyanın rəhbərliyi, kursların sonunda dinləyicilər qarşısında çıxış etmişlər, onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu etmişdi.