preloader-matrix

Dia.edu.az

ESSE müsabiqəsinin qalibləri məlum oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə DİA TGT “Kitab Klubu”nun həyata keçirdiyi esse müsabiqəsinə yekun vuruldu.

Tədbirdə çıxış edən Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin sədri f.ü.f.d Yusif Ağayev “İnsan kapitalının inkişafı, uğurların açarı – davamlı fərdi inkişaf” mövzusunda “TED Talks” formatı üzrə keçirilən intellektual yarışın əhəmiyyəti barədə məlumat verdi, bu növ tədbirlərin keçirilməsinin gənclərin gələcək inkişafları baxımından vacib olduğunu qeyd etdi. İştirakçılara uğurlar arzuladı.

Layihə 2 mərhələdən ibarət idi. 1-ci mərhələ “İnsan kapitalının inkişafında funksional savadsızlıq problemi” adlı esse yarışı idi. Bu mərhələdə 21 tələbə iştirak etdi və münsiflər heyəti tərəfindən esselərin yoxlanılması nəticəsində ən çox bal toplayan 8 tələbə 2-ci tura vəsiqə qazandı. Bu tələbələr aşağıdakılardır:

Orxan Məmmədov – BM, 2-ci kurs.

Xanım Əzimli – İqtisadiyyat, 1-ci kurs.

Nağı Əhmədov – Politologiya, magistr, 2-ci kurs.

Fərid Cəfərov – Menecment, 4-cü kurs.

Yaqub Əlizadə – Menecment, 3-cü kurs.

Sabina Nəsirova – Politologiya, 2-ci kurs.

Zaur Mahmudov – BM, 4-cü kurs.

Elşən Yusibov – Dövlət və bələdiyyə idarəetməsi, 3-cü kurs.

2-ci mərhələ isə finala keçən 8 iştirakçının “Bütün uğurların açarı – davamlı fərdi inkişaf”mövzusunda “TED Talks” formatı tərzində çıxışlarından ibarət oldu. Müəyyən olunmuş reqlament çərçivəsində olacaq çıxışlar ilk mərhələdə formalaşdırılmış münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflər heyətinin tərkibi:

Qoyulmuş mövzuların adından da aydın olduğu kimi layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrin funksional savadsızlıq və fərdi inkişaf, qısacası təhsil və intellektual inkişafla bağlı düşüncələrini, yazı, danışıq, natiqlik kimi vərdişlərini inkişaf etdirmək və onlara fikirlərini sərbəst ifadə etmək üçün şərait yaratmaqdan ibarətdir. İlk üç yeri tutan qaliblər pul mükafatı, kitab və sertifikatla, digər çıxışçılar isə kitab və sertifikatla mükafatlandırıldı.