preloader-matrix

Dia.edu.az

Gəncədə innovativ inkişafın yeni mərhələsində sosial müəssisələrin potensialı mövzusunda seminar keçirilib
İyn 08 , 2015 – 09:47

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə “Azərbaycan Respublikasının innovativ inkişafının yeni mərhələsində sosial müəssisələrin potensialı” mövzusunda seminar keçirib.

Heydər Əliyev Mərkəzində keçirilən seminardan əvvəl iştirakçılar Ulu Öndərin abidəsini ziyarət ediblər. Sonra mərkəzlə tanışlıq olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev seminarı açaraq Azərbaycanda aparılan iqtisadi islahatlardan, bu islahatlar nəticəsində qazanılan uğurlardan danışıb.

Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafı beynəlxalq təşkilatların sənədlərində”, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi, akademik Fuad Əliyevin “Gəncə regionunda sosial sahibkarlığın potensialı”, Dövlət İdarəçilik Akademiyasının elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəcəb Rəhimlinin “Azərbaycanın innovativ inkişafında kadr potensialının təkmilləşdirilməsi”, Dövlət İdarəçilik Akademiyasının analiik-təhlil işləri üzrə müşaviri, filologiya üzrə fəlsəfə doktoru Ziyafət Həbibovanın “Azərbaycanda innovativ inkişafın sabit və davamlı faktoru kimi ictimai birliklərin insan potensialı və sosial sahibkarlıq” mövzularında məruzələri dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.