preloader-matrix

Dia.edu.az

Heydər Əliyev Azərbaycanın milli dövlətçilik siyasətinin banisidir” mövzusunda elmi-praktiki konfrans
May 07 , 2014 – 04:00

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş “Heydər  Əliyev Azərbaycanın milli dövlətçilik siyasətinin banisidir” mövzusunda doktorant və dissertantların elmi-praktiki konfransı keçirilmişdir.

Elmi-praktiki konfransı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akdemik Urxan Ələkbərov açaraq Ulu Öndərin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi uğurlarının əldə edilməsi istiqamətində zamanında verdiyi qərarlardan, həyata keçirdiyi strategiyanın əhəmiyyətini qeyd etmiş, ölkəmizin müasir inkişaf tarixinin Ulu Öndərin adı ilə bağlı olduğunu, onun yenidən hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrdə ciddi dönüşün yarandığını diqqətə çatdırmışdır. Rektor ölkəmizdə qazanılan bütün nailiyyətlərin Ulu Öndərin siyasətinin bəhrəsi olduğunu bildirmiş, Ümummilli Liderin ideyalarının əbədi yaşayacağını qeyd etmişdir. O, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurları qeyd etmiş, bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin davamı kimi, bu gün də Azərbaycan xalqının ictimai-sosial fikrinin öyrənilməsinə, insan inkişıafına xüsusi diqqət göstərilir, ölkənin bütün bölgələrinin inkişafının təmin edilməsi istiqamətində sosial-iqtisadi və digər yüksək göstəricilərin əldə edilməsində məhz Ulu Öndərin ideyalarının əsas rol oynayır.                  

Elmi-praktiki konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru prof. Ə.Abdullayev, Elmi təşkilat şöbəsinin müdiri dos. R.Rəhimli çıxış edərək doktorant və dissertantların məruzələrində Ulu Öndərin zəngin həyat və fəaliyyəti, dövlət və ordu quruculuğu, milli, mənəvi və ümumbəşəri dəyərləri, xarici siyasətinin müxtəlif aspektləri, milli dövlətçiliyimizin qorunub saxlanılması yolunda yorulmaz mübarizəsini əks etdirən istiqamətlərin təhlili və araşdırılmasının əhəmiyyətini qeyd etmişlər. Elmi-praktik konfransda 41 nəfərdoktorant və dissertantın məruzələri dinlənilmişdir.