preloader-matrix

Dia.edu.az

Hüquq klubunun növbəti tədbiri keçirilmişdir
Sen 28 , 2016 – 04:23

28 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının təşkilatçılığı ilə Fransadan gəlmiş peşəkar vəkil, hüquq elmləri doktoru, yazıçı və ictimai xadim Dilbadi Qasımovla DİA Hüquq klubunun üzvlərinin görüşü keçirilmişdir. Qonağı salamlayan “Hüquq” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev çıxış edərək DİA-dakı təhsil prosesinin qısa məzmununu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin görüşün əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrdə praktik vərdişlər yaratmaqdan ibarət olmasını qeyd etdi. Daha sonra görüşdə peşəkar vəkil, hüquq elmləri doktoru, yazıçı və ictimai xadim Dilbadi Qasımovun Fransada vəkillik institutu ilə bağlı məruzəsi dinlənilmiş, tələbələrin çoxsaylı sualları cavablandırılmışdır. Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev qonağa minnətdarlığını bildirmiş və Dağlıq Qarabağ həqiqətləri haqqında diskləri və hədiyyələri təqdim etmişdir.