preloader-matrix

Dia.edu.az

“İdarəetmədə süni intellekt və ekspert sistemlərin tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir
May 29 , 2017 – 11:15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrası” tərəfindən “İdarəetmədə süni intellekt və ekspert sistemlərin tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Elmi-praktik konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru (tədris işləri üzrə) professor Əlikram Abdullayev açmışdır. O, qeyd edib ki, İKT-nin dövlət idarəçiliyində tətbiqi özünü E-hökumət timsalında və onun digər inkişaf sahələrində daha aydın göstərir. Bu istiqamət strateji məqsəd kimi əhəmiyyət daşıyır və öz əsas prinsipini tapıb.

Daha sonra söz məruzəçilərə təqdim edilib. Microsoft-un məlumat bazası üzərində Biznes həllər və maşın öyrədilməsi (Machine Learning) üzrə nümayəndəsi və Azərbaycan Dəmir yolları Express şirkətinin Analitika Departamentinin aparıcı mütəxəsisi Fuad Tağıyev “Dövlət orqanlarının VB-da idarəetmə proseslərinin təşkili”, Bakı Dövlət Universitetinin müəllimi, riyaziyyat üzrə elmlər doktoru Rövşən Əliyev “İdarəetmədə təsadüfi proseslərin tətbiqi problemləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ağamehdi Mehdəliyev “Ekspert qiymətləndirməsinin bələdiyyə idarəetməsində tətbiqi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Səbirə Bağırova “Siyasi sistemlərin qurulması və proqnozlaşması məsələsində neyron şəbəkələrin tətbiqi”, Milli Məclisdə İKT-nin şöbə müdürü texniki elmlər üzrə fəlsəfə doktoru Şahin Həsənov “Azərbaycan Respublikasının qanunvericilik orqanlarında İKT-nin tətbiqi məsələləri” adlı məruzələrlə çıxış ediblər.