preloader-matrix

Dia.edu.az

İntellektual sistemlərin idarə olunması kafedrasının əməkdaşları tərəfindən təqdim edilən layihə qrant müsabiqəsinin qalibi seçilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) elan edərək keçirdiyi Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsi (EİF-ETL-2020-2(36)) üzrə qalib layihələrin siyahısı açıqlanıb.

Müsabiqədə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) Intellektual sistemlərin idarə olunması kafedrasının dosenti, r.ü.e.d, Rövşən Əliyevin rəhbəri olduğu və həmin kafedranın dosenti, r.ü.f.d. Hilalə Cəfərovanın iştirak etdiyi elmi-tədqiqat qrupu tərəfindən təqdim edilən “Semi-Markov və innovasiyalı avtoreqression proseslərlə təsvir olunan təsadüfi dolaşmaların tədqiqi və onların tədbiqləri” adlı layihə bütün ekspertiza mərhələlərini uğurla keçərək qalib layihələrdən siyahısına daxil edilmişdir.

Nəzəri və tətbiqi xarakder daşıyan layihə elmi-tədqiqat qrupu şəklində Bakı Dövlət Universitetinin və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları ilə birlikdə yerinə yetiriləcəkdir. Layihənin icra müddəti 12 aydır.