preloader-matrix

Dia.edu.az

“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” və ”Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə ixtisasartırma kursları başa çatdı
Noy 19 , 2015 – 10:02

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti”, ”Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçilirmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“İnvestisiya proseslərinin dövlət tənzimlənməsi və dövlətin maliyyə-kredit siyasəti” istiqamətinin əsas məqsədi neft gəlirləri və iqtisadi inkişaf, dövlət investisiyalarının maliyyələşdirilməsi, Azərbaycanda elm və innovasiyalar üzrə investisiya siyasətində qrand maliyyələşdirilməsinin rolu, Azərbaycanın beynəlxalq maliyyə-kredit qurumları ilə əməkdaşlığı, Azərbaycanda vergi sistemi və investisiya fəaliyyətinin stimullaşdırılması və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Neft Fondunun büdcə proqnozlaşdırılması və layihələr departamentinin direktoru Müşviq Bayramov, Neft Fondunun kontaktlar departamentinin mütəxəssisi Rövşən İsmayılov, Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Maliyyə Nazirliyi-Dövlət borcunun idarə edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafov, Vergilər Nazirliyi-Vergi siyasəti və Strateji araşdırmaları Baş İdarəsinin vergi araşdırmaları və monitoring şöbəsinin rəisi Yunis Quliyev, DİA-nın professor-müəllim heyəti müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Eyni zamanda qeyd olunan kursla yanaşı “Multikulturalizm-Azərbaycan Respublikasının dövlət siyasəti kimi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi Ümummilli lider Heydər Əliyev-siyasi multikulturalizmin banisi kimi, davamlı insan inkişafı və multikulturalizm, multikulturalizmin sosial-fəlsəfi təhlili və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Qeyd olunan kursda Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, Azərbaycan Respublikasının Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, fil.e.d. Möhsün Nağısoylu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov, Azərbaycan Respublikasının Millətlərarası, multukulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar təqdim edilmişdir.