preloader-matrix

Dia.edu.az

“Mülki prosesual hüququn aktual problemləri” mövzusunda tələbə elmi seminarı keçirilmişdir
May 04 , 2016 – 03:08

04 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının təşkilatçılığı ilə “Mülki prosesual hüququn aktual problemləri” mövzusunda tələbə elmi seminarı keçirilmişdir.

Seminarın əsas məqsədi, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrdə elmi yaradıcılıq vərdişlərini aşılamaq, praktik vərdişləri yaratmaqdan ibarətdir. Seminarda “Mülki prosesual hüquqda vəkillik institutunun yeri və rolu”, “Əmr icraatının anlayışı və onun mülki mühakimə icraatında səciyyəvi xüsusiyyətləri”, “Mülki prosesdə sübutetmə” və digər aktual olan mövzularında tələbələrin məruzələri dinlənilmişdir. Daha sonra məruzələr ətrafında fıkir mübadiləsi aparılmışdır.

Seminarda DİA-nın I tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev, Elmi təşkilat şöbəsinin müdiri dosent Rəcəb Rəhimli, TEC-nin sədri dosent Sevil Məmmədova, “Siyasi idarəetmə” fakültəsinin dekanı professor Zaur Bağırov, “Hüquq” kafedrasının müdiri dosent Fəxrəddin Nağıyev və kafedranın digər professor-müəllim heyəti iştirak etmişlər.