loader image

Dia.edu.az

Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Qarabağ həqiqətləri” adlı qısamüddətli kurslar başlamışdır.

2014-cü il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı kursların açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kursların keçirilməsinin məqsədlərindən danışmışdır. Rektor qeyd etmişdir ki, məqsəimiz son  iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.

Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası  gənclərin mariflədirilməsi və  vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dovlətinin apardığı mühüm işlərə töhvə verməkdir.

Kurslarda ilk olaraq “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri  və mərhələləri”,  tarix elmləri doktoru, professor Kərim Şükürov  isə “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri” mövzusunda mühazirələr oxumuşlar.