loader image

Dia.edu.az

“Regional inkişaf: strateji hədəflər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans
May 06 , 2014 – 04:08

Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş “Regional inkişaf: strateji hədəflər və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Elmi-praktiki konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru prof. Ə.Abdullayevin açaraq Ulu Öndərin milli ideologiyanın formalaşmasında rolundan, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, elm və təhsilə göstərdiyi diqqət və qayğıdan danışmış, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurları qeyd etmişdir. O, bildirilmişdir ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının ictimai-sosial fikrinin öyrənilməsinə, insan inkişıafına xüsusi diqqət göstərmiş, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki uğurlu dövlət siyasəti həyata keçirilmiş, ölkənin bütün bölgələrinin inkişafının təmin edilməsi istiqamətində sosial-iqtisadi və mədəni göstəricilərin əldə edilməsində məhz onun strategiyasının əsas rol oynadığını qeyd etmişdir.

Elmi-praktiki konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev-“Varisliyə, qabaqcıl təcrübəyə və modernləşməyə əsaslanan regional inkişaf siyasəti”, Azərbaycan Respublikasının Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev-“Azərbaycanın vergi sistemi və regionlarda sahibkarlığın inkişafının stimullaşdırılması”, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnsitutunun direktoru, i.e.d., professor Sadıx Salahov-“Kənd təsərrüfatının inkişaf meyilləri və aqrar siyasətin prioritetləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasının müdiri, i.e.n., dosent Natiq Qarayev-“Heydər Əliyev və milli innovasiya sisteminin formalaşması” mövzusunda məruzələrlə çıxış etmişlər.