preloader-matrix

Dia.edu.az

1999-cu il Azərbaycan Respublikasının  Prezidenti yanında  Dövlət  İdarəçilik Akademiyası  yaranan tarixdən   Dillər  kafedrası  fəaliyyət  göstərir.        

Dillər  kafedrasında bütün ixtisaslarda Azərbaycan Dilində işgüzar və akademik kommunikasiya, Xarici dildə işgüzar və akademik kommunikasiya

(Rus, İngilis, Alman, Fransız və Çin) dilləri tədris olunur.

Kafedra tərəfindən  xarici dilin tədrisində dünya təcrübəsinə istinadən innovativ metodlardan geniş istifadə edilir.Bu yolla dərslərin keyfiyyətini yüksəltməklə yanaşı tələbələrin dərs prosesində aktivliyini artırmaq, idraki fəaliyyətlərinin inkişafına nail olmaları üçün idraki təfəkkürün inkişafını ön plana çəkirlər. Müəllimlər tələbələrin dili yaxşı qavramaları üçün ayrı-ayrı dil vahidləri üzərində geniş müşahidələrə istiqaməti verərək tələbələri yaradıcı axtarışa həvəsləndirir, linqvistik bilik, bacarıq və vərdişlərin əldə edilməsində daim yardımçı olurlar. Tələbələrin imtahanlarda yaxşı nəticə əldə etmələri üçün yüksək bilik aşılayırlar.

Kafedrada çalışan müəllimlər,işlərinə məsuliyyətlə yanaşır,  tədrisin müxtəlif  istiqamətləri üzrə elmi  məqalələr, dərs vəsaitləri, yeni proqramlar tərtib edirlər. 

Bundan başqa  kafedrada tədris olunan  dilləri 1 nəfər elmlər doktoru, professor; 11 nəfər filologiya üzrə fəlsəfə doktoru; dosent; 2 nəfər dosent əvəzi,

 7 nəfər baş müəllim, 3 nəfər  isə  müəllim tədris edir. Dilin tədrisi üçün kafedranın müəllimləri müxtəlif dil qurumları  ilə, o cümlədən səfirliklərlə və beynəlxalq təşkilatlarla   yaxından əlaqə saxlayır və bir çox elmi konfranslarda, simpoziumlarda, dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirak edirlər.

 Akademiya yarandığı dövrdən 2019-cu ilin iyun ayına kimi Dillər kafedrasına  əməkdar müəllim, filologiya elmləri doktoru, professor Akif Əmirxan oğlu  Bayramov rəhbərlik etmişdir.

2019-cu ilin iyul ayından 2020-ci ilin oktyabr ayına qədər  “Dillər kafedrası”na filologiya üzrə fəlsəfə doktoru, dosent Yusif  Mürsəl oğlu Ağayev rəhbərlik etmişdir.