preloader-matrix

Dia.edu.az

Kafedra müdiri: f.f.d.dos.əv. Ülkər Nəriman qızı Şəfiyeva

E-mail: ulker.shafiyeva@teams.dia.edu.az

Ülkər Nəriman qızı Şəfiyeva 1973-cü ildə Bakıda anadan olmuşdur.

1995-ci ildə Azərbaycan Dillər Universitetini bitirən Ü.Şəfiyeva 2004-cü ildə həmin universitetdə Stiven Kingin əsərləri nümunəsində Amerikan ədəbiyyatı üzrə “Stiven Kingin əsərlərində fantaziya və reallıq” mövzusunda yazılmış doktorluq dissertasiyasını müdafiə etmişdir. 2008-ci ilə Kanadanın Ottava Universitetində Təhsil ixtisası üzrə magistratura dərəcəsi qazanmışdır.

Ü.Şəfiyeva 1997-ci ildə Böyük Britaniyanın Oksford Universitetində ixtisasartırma proqramını bitirmişdir. Eyni zamanda İngilis dilində müəllimlər üçün verilən Kembric ( CELTA) sertifikatlarının  sahibidir.

Ülkər Şəfiyeva iş karyerasına Azerbaycan Dillər Universitetində başlamış və daha sonra Universitetin Tarix və İngilis Dilinin Leksikologiyası kafedrasının baş müəllimi vəzifəsinə təyin edilmişdir. O, 25 il İngilis dilinin tədrisi ilə məşğul olmuş, 1999-2005-ci illərdə Bakıda Britaniya Şurasında (British Council) İngilis dili müəllimi kimi işləmişdir.

Ü.Şəfiyeva bir il (2002-2003) ABŞ-ın Kembric şəhərində doktorluq dissertasiyasının mövzusunda tədqiqat işləri aparmış və Harvard Universitetində kurslarda iştirak etmişdir. 2005-2014 illərdə Kanadada yaşamış Ü.Şəfiyeva fərdi qaydada ingilis dilinin tədrisi ilə məşğul olmuş, daha sonra 2014-2019 illərdə Çexiyada yaşadığı zaman “EDUA Group” institutunda İngilis dilini tədris etmişdir.

Ü.Şəfiyeva Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş 5 kitabın, bir lüğətin, müxtəlif məqalə və konfrans nəşrlərinin müəllifidir.

Konfranslar, Seminarlar, Təqdimatlar

2021 sentyabr – 25th International Conference on Multidiciplinary Studies, Califronia

təqdimat: “Knowledge Assessmnet or New Procrustian Bed”

2016 may – WEİ Təhsil və Humanitar Elmlər üzrə Beynəlxalq Akademik Konfrans, Praqa, Çexiya, təqdimat: “Social Context of Forming National Identity through Education in Post -Soviet countires”

2009 mart – ACLA (American Comparative Literature Assosiation) Harvard University, ABŞ, təqdimat “The Unity of Reality and the Fantasy in Stephen King’s works”

2008 – McGill Universitetində təqdimat, Kanada, “How to Teach Grammar”

2007 – McGill Universitetində təqdimat, Kanada, “English as a Second Language: Teaching English in Post-Soviet Countires and Azerbaijan”

2005 noyabr – SPEAQ OUT Seminar, Montreal, Kanada

Əsas nəşrlər

Kitablar:

  • Единство фантастики и реальности в творчестве Стивена Кинга, Bakı: “Elm və təhsil”, 2011
  • Active Reading for EFL Learners, Bakı, 2006
  • Beynəlmilər Sözlər Lüğəti, Bakı, 2005

 

Seçilmiş məqalələr:

  • Teaching English as a Foreign Language in Azerbaijan, SPEAG OUT Convention, Vol. 34, N 3, April 2006 (Montreal, Canada)