preloader-matrix

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Yaradılması Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət başçısının 3 yanvar 1999-cu il tarixli Fərmanı əsasında Bakı Sosial İdarəetmə və Siyasi Elmlər İnstitutu əsasında qurulmuşdur. Universitet fəaliyyətinə 1 sentyabr 1999-cu ildə başlamışdır.

Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyələrinin artırılması, dövlət idarəçilik sahəsində elmi-tədqiqatların aparılmasının təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi məqsədilə qərara alıram:

1. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılsın.

2. Akademiyanın fəaliyyətinə ümumi rəhbərlik və təşkilati məsələlərin  həlli Azərbaycan  Respublikası  Prezidentinin  İcra Aparatına, elmi-metodik rəhbərlik isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi təsdiq edilsin.

4. Dövlət İdarəçilik Akademiyasında təhsil prosesi 1999-cu il sentyabrın 1-dən başlansın.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki, keçmiş BSİPİ-də təhsil alan tələbələrin müvafiq dövlət təhsil müəssisələrinə köçürülməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri 1999-cu il sentyabrın 1-dək həll etsin.