Dia.edu.az

Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Həmkarlar İttifaqı Komitəsi təhsil, təlim-tərbiyə, sosial-mədəni sahələrin inkişafında mühüm rol oynayır. 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası yeni statusda fəaliyyətə başladıqda ayrı-ayrı bölmələr kimi, Həmkarlar İttifaqı Komitəsi də Akademiyanın dövrün tələblərinə uyğunlaşması yönümündə bütün gücünü səfərbər etmişdir.

Komitənin fəaliyyətini nizamlayan Həmkarlar İttifaqları haqqında Azərbaycan Respublikasının qanunu, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizamnaməsi, Dövlət İdarəçilik Akademiyası Həmkarlar İttifaqı Komitəsinin əsasnaməsi, Azərbaycan Respublikasının  həmkarlar ittifaqlarının fəaliyyətinə aid olan digər hüquqi normativ aktlardır.

Respublikamızda dövlət idarəçiliyi sahəsində yeganə elmi–tədqiqat və təhsil mərkəzi olan Akademiya bu illər ərzində qarşısında duran əsas vəzifəni dövlətimiz üçün müasir təfəkkürlü gənclərdən ibarət dövlət strukturlarını dövrün, zamanın tələbləri səviyyəsində idarə edə biləcək mütəxəssis kadrlar hazırlamaq, mövcud kadrların və dövlət qulluqçularının ixtisaslarının artırılması istiqamətində əməli işlər görmüşdür. DİA Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini əsasən bir-neçə istiqamət üzrə həyata keçirilir:

Əmək və tədris intizamının gücləndirilməsi. Bu sahə üzrə Həmkarlar İttifaqı Komitəsi tədris və əmək intizamının möhkəmləndirilməsinə, müəllimlərin, əməkdaşların və təhsil alanların əmək intizamına riayət edilməsinə çalışır.

Mədəni-kütləvi işlərin təşkili. Bu istiqamətdə də Həmkarlar İttifaqı Komitəsi əlamətdar günlərin, üzvlərin yubileylərinin qeyd olunmasını həyata keçirir, onların diqqət və qayğı ilə əhatə olunmasını təmin edir.

Akademiya əməkdaşlarının sağlamlığının qorunması və istirahətinin təşkili. DİA əməkdaşlarının istirahətinin səmərəli təşkili üçün Həmkarlar İttifaqı Komitəsi tərəfindən hər il respublika əhəmiyyətli sanatoriyalara, istirahət evlərinə göndərişlər ayırır. Onların üzləşdiyi maddı problemləri həll edir, üzvlərin sağlamlığına qayğı göstərir.

DİA Həmkarlar İttifaqı Komitəsi eyni zamanda Akademiya və Respublika səviyyəsində keçirilən tədbirlərin, idman və bilik yarışlarının, elmi konfranslarının və digər mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edir, gənclərin hərtətəfli inkişafı, onların potensialının üzə çıxarılması, hərbi-vətənpərvərlik, vətəninə və xalqına sadiqlik ruhunda tərbiyə edilməsi və formalaşması məqsədilə tədbirlər təşkil edir.

Təbiidir ki, cəmiyyətdə gənclərin fəallığının artırılması istiqamətində həmkarlar təşkilatlarının rolunun artırılması istiqamətində çox işlər görmək lazım gəlir.Hər bir cəmiyyətdə gənclər aparıcı qüvvə olublar.Bu qüvvədən səmərəli istifadə etmək üçün xüsusi proqramlar hazırlanmalı və həyata keçirilməlidir. İllik iş planına uyğun olaraq bu tədbirlərin həyata keçirilməsi hədəf kimi qarşıya qoyulmuşdur. Təcrübə göstərir ki, məhz bu tədbirlər gənclərin həmkarlar təşkilatlarına üzv olmalarına və sıralarının artmasına səbəb olur.