loader image

Dia.edu.az

İntellektual sistemlərin idarə olunması kafedrası

  İntellektual sistemlərin idarə olunması kafedrası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının Böyük Elmi Şurasının 29 oktyabr 2020-ci il tarixli iclasının qərarına əsasən Dövlət idarəçiliyində intellektual sistemlər və kompüter elmləri kafedrasının bazasında yaradılmışdır.

Kafedranın yardılmasında əsas məqsəd bütün sferalarda davamlı inkişaf edən ölkəmizin informasiya texnologiyaları sektorunda da müasir əmək bazarının tələblərinə cavab verən, dövlət idarəçiliyinin rəqəmsal platformaya keçirilməsi istiqamətində dövlət idarəçiliyi üçün rəqabətədavamlı, səriştəli mütəxəssislərin hazırlanması və həmçinin intellektual sistemlərin idarə olunması istiqamətində elmi tədqiqat işlərinin aparılmasıdır. Bu məqsədlə mövcud ixtisaslar üzrə tədris planlarının, tədris olunan fənlərin proqram və sillabuslarının müasir dövrün çağrışlarına uyğun hazırlanması, tədrisin innovativ yeniliklər əsasında qurulması istiqamətində məqsədyönlü fəaliyyətin təşkil edilməsi də kafedranın əsas vəzifələrindəndir.

 

Kafedrada 1 professor, 14 dosent, 3 baş müəllim,  11 müəllim fəaliyyət göstərir.
Kafedraya f.-r.ü.f.d., dosent Elvin Əzizbəyov rəhbərlik edir.