preloader-matrix

Dia.edu.az

“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrası Dövlət İdarəçilik Akademiyası  yaradıldığı  vaxtdan  ixtisas kafedrası kimi fəaliyyətə başlamışdır. Hazırda kafedrada 14 professor-müəllim, 1 kabinet müdiri və 1 laborant çalışır. Onlardan 4 nəfər elmlər doktoru professor, 3 nəfər elmlər namizədi dosent, 2 nəfər elmlər namizədi baş müəllim, 1 nəfər elmlər namizədi  və 3 nəfər isə  müəllim kimi fəaliyyət göstərir.

İxtisas proqramı üzrə kafedrada  28 fənndən tədris olunur. Onlardan 16-ı bakalavr pilləsinin tədris planına daxil edilmişdir. “Azərbaycanın xarici siyasəti” və “Beynəlxalq təşkilatlar” fənnləri Akademiyada bakalavr pilləsinin bir çox ixtisaslarında keçirilməklə yanaşı,  “ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti”, “Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti”, “Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri”, “Geosiyasət”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Beynəlxalq təhlükəsizlik”, “Diplomatik protokol”, “Diplomatik və konsulluq xidməti” və s.kimi  ixtisas fənnləri də kafedra müəllimləri tərəfindən tədris olunur.

Magistratura pilləsində müxtəlif ixtisaslaşmalar üzrə kafedra müəllimləri tərəfindən 12 fənn tədris olunur. Bunlardan “Müasir diplomatiya”,”Beynəlxalq siyasətdə din amili”, “Beynəlxalq terrorizm”, “Beynəlxalq münasibətlər elminin müasir problemləri”, “Ümumavropa prosesləri”, “Xarici siyasətin proqnozlaşması metodu və metodologiyası”, “Diplomatiya və konsulluq hüququ” , “Beynəlxalq münaqişələr və onların nizamlanması” ixtisaslaşma fənləri kimi xüsusilə qeyd etmək olar ki, bunların müəyyən bir qismi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən dəvət edilmiş, praktik təcrübəyə malik mütəxəssislər tərəfindən tədris edilir.

Kafedrada  t.e.d., prof.  Musa Qasımlı, s.e.d., prof. Elman Nəsirli, t.e.d., prof.  Namiq Axundov,  s.e.f.d, dos. Elçin Əhmədov, s.e.f.d, dos. Nafilə Rəhimova, s.e.f.d, dos. Natavan Kərimova, baş müəllim Hacıyev Hikmət Niyaz oğlu,  Süleymanova  Nəsrin Mehman qızı, müəllim Şammadov Fuad  Sərhad oğlu,  s.e.f.d.,dos. Əliyeva Məhsəti Məmməd qızı, , müəllim Möhbəliyeva Səfiyə Əli qızı, s.e.f.d., baş müəllim Güləliyeva Afət Ağabala qızı, baş müəllim Qurbanov Oktay Südeyif oğlu,  s.e.f.d., baş müəllim Bağırov Elmir Məmməd oğlu, s.e.f.d ., müəllim Əsgərzadə Aygün Mübariz qızı,    kabinet müdiri K.Sadıqova, laborant X.Qasımova çalışırlar.

Kafedrada işləyən tamştatlı müəllimlərlə yanaşı, Azərbaycan Respublikasının Prezident Administrasiyasından, Milli Məclisdən və Xarici İşlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər də fəaliyyət göstərirlər. Kafedranın bəzi müəllimləri tədrislə yanaşı, müxtəlif məsul vəzifələrdə çalışırlar.

Kafedra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin müvafiq şöbələri, Milli Məclisin “Beynəlxalq əlaqələr və parlamentlər arası komitəsi” və “Beynəlxalq münasibətlər” şöbəsi   ilə əməkdaşlıq edir.