preloader-matrix

Dia.edu.az

17 dekabr 2015-ci il

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası” layihəsinin final mərhələsi keçirilib.

Layihənin məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına marağın artırılması, bu sahə üzrə yeni biliklərin əldə edilməsidir.

Olimpiadanın yarımfinalında yarışan doqquz ali təhsil müəssisəsinin hər biri üzrə ən yaxşı nəticə göstərən iki komanda finalda mübarizə aparıb. Gərgin yarışmanın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Storm” və “Tornado” komandaları müvafiq olaraq ilk iki sırada qərarlaşıblar.

İlk üç yerin sahiblərinə hədiyyələr, medal və kuboklar təqdim edilib. Olimpiadanın bütün iştirakçılarına isə sertifikatlar və hədiyyələr verilib.

 

“Hacı Zeynalabdin ŞİRVANİ ilə Azərbaycan Coğrafiyası” Olimpiadasının qalibləri

 “STORM” komandası – I Yer

  1.      Röyal Məhərrəmov – İnzibati idarəetmə, I kurs, İ151
  2.     Müseyib Şirəliyev – Siyasi idarəetmə, I kurs, BM151
  3.      Əli Ələkpərli – İnzibati idarəetmə, I kurs, İ151
  4.      Əli Əliyev – İnzibati idarəetmə, I kurs, İ151
  5.      Şakir Allahverdiyev – İnzibati idarəetmə, I kurs, DB151
  6.      Taleh İbrahimov – İnzibati idarəetmə, I kurs, DB153

 

“TORNADO” komandası – II Yer

  1.     Anar Dadaşzadə – İnzibati idarəetmə, III kurs, D07
  2.      Əmrah Cəfərov – Siyasi idarəetmə, I kurs, BM151
  3.      Mahir Nəzirov – İnzibati idarəetmə, I kurs, İ151
  4.      Röya Mərdanzadə – İnzibati  idarəetmə, I kurs, DB151
  5.      Yusif Yusifov – İnzibati idarəetmə, I kurs, DB151

     Coşqun Əliyev – İnzibati idarəetmə, I kurs, DB151