preloader-matrix

Dia.edu.az

  • 06 Сентябрь 2021 - 12:00

SƏNƏD QƏBULU 2021-2022-ci tədris ili

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Daha sonar lazım olan məlumatları daxil edib, aşağıdakı sənədlərin sürətini əlavə etməlidirlər.

1)Attestatın sürəti(11 illik)

2) İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün)

3) Şəxsiyyət vəsiqəsinin sürəti

Ödənişli əsaslarla qəbul olan abituriyentlər, lazımi məlumatları və sənədləri daxil edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Bundan sonra tələbə aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:

  • Tələbə şəxsi kabinetilə ödəniş edə bilər.
  • Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
  • Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edə bilər.

Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. 

Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr tədris ili başladıqdan sonra aşağıdakı sənədləri  Akademiyaya təqdim etməlidirlər:

  1. Attestatın əsli və sürəti;
  2. Şəxsiyyət vəsiqəsinin sürəti 2 nüsxə
  3. 3×4-ə 4 ədəd şəkil,
  4. Tibbi arayış (şəkilli);
  5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
  6. 1 ədəd ipli qovluq
  7. Həmçinin,  Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin notarial təsdiq olunmuş sürətini ( Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) – şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Qarabağ müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Məcburi köçkünlərin övladları – tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin notarial təsdiq edilmiş sürəti); Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş sürəti) təqdim etməlidirlər.

Əlavə məlumat üçün: 050 644 10 98