loader image

Dia.edu.az

  • 27.12.2017 - 15:00
  • Bakı, Azərbaycan

E LA N 

Докторантура

Elm sahələri və ixtisaslar

Şifrələr

Cəmi

Büdcə hesabına

əyani

qiyabi

SİYASİ ELMLƏR:

59

 
Beynəlxalq münasibətlər

5901.01

2

1

      1
Davamlı inkişafın idarə edilməsi

5902.17

1

1

Siyasi institutlar və sistemlər

5904.01

2

1

1

Siyasi nəzəriyyə

5908.01

1

1

Dövlət idarəçiliyi

5909.01

4

1

3

İQTİSAD ELMLƏRİ:

53

 

Ümumi iqtisadiyyat

5308.01

1

1

TARİX:

55

 

 

 

Beynəlxalq münasibətlər tarixi

5507.01

1

1

Dissertantura

Elm sahələri və ixtisaslar

Şifrələr

Cəmi

Ödənişli əsaslarla

SİYASİ ELMLƏR:

59

 

Beynəlxalq münasibətlər

5901.01

2

2

Davamlı inkişafın idarə edilməsi

5902.17

1

1

Siyasi institutlar və sistemlər

5904.01

2

2

Siyasi nəzəriyyə

5908.01

1

1

Dövlət idarəçiliyi

5909.01

2

2

İQTİSAD ELMLƏRİ:

53

Ümumi iqtisadiyyat

5308.01

1

1

Qəbul qaydaları

1.      Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

2.      Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

3.      Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

–          rektorun adına ərizə;

–          kadrların şəxsi-qeydiyyat vərəqi;

–          tərcümeyi-hal;

–          2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

–          iş yerindən xasiyyətnamə;

–          iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);

–          çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

–          ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);

–         şəxsiyyəti təsdiq edən sənədin surəti.

Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.

Qəbul haqqında ərizə və sənədlər 2018-ci il yanvar ayının 19-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:

 

ÜNVAN: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat şöbəsi, otaq 34 

TEL: (012) 492-65-52

EVENT INFO :

  • Start Date:27.12.2017
  • Start Time:15:00
  • End Date:27.12.2017
  • Location:Bakı, Azərbaycan