loader image

Dia.edu.az

“Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” adlı kursu təşkil edilib
Mart 18 , 2019 – 11:34

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mart ayında  “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursa dövlət orqanlarında çalışan dövlət qulluqçuları cəlb edilmişdir.

         “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqamətində kursun əsas məqsədi Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi, dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasınaAzərbaycan Respublikasının töhfəsi, Dövlət qulluqçularının mənəvi əxlaqi kefiyyətləri və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.

         Kurs ərzində “Müasir dövlət idarəçiliyinin təşkilati əsasları: 15 il innovativ inkişaf yollarında” istiqaməti üzrə – Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, I- prorektoru professor Əlikram Abdullayev, Siyasi araşdırmalar institutunun direktoru, millət vəkili, professor Elman Nəsirov, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi, millət vəkili Aydın Mirzəzadə, Prezidenti Administrasiyasinin Strateji araşdırma və planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev, Siyasi idarəetmə fakültəsinin dekanı professor Elçin Əhmədov, Analitika və təhsilin informasiya təminatı şöbəsinin müdiri professor Ziyafət Həbibova, Elmi-təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Rəcəb Rəhimli, Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Elnur Əliyevvə digərləri müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

         Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın I prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək   gələcək işlərində uğurlar arzu ediblər.