loader image

Dia.edu.az

DİA-da “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu və “Rəqəmsal iqtisadiyyat” mövzusunda təlim keçirilib
Dek 03 , 2018 – 11:22

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 26-30 noyabr 2018-ci il tarixlərində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilib. Kursa yerli özünüidarəetmə orqanlarında çalışan bələdiyyə sədrləri cəlb olunub.

            “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətində kursun əsas məqsədi Yerli özünüidarəetmənin hüquqi əsasları və hüquqi təminatları,Azərbaycan Respublikasının inklüziv inkişafı və onun davamlılığında bələdiyyələrin rolu,  Yerli özünüidarəetmənin maliyyə-iqtisadi əsaslarıvə s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılmasıdir.

             Kurs ərzində “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə – Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov,  Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları-aparıcı məsləhətçi Səfa Cəfərov, aparıcı məsləhətçi İlyas Kərimov, aparıcı məsləhətçi İsgəndər Orucov, aparıcı məsləhətçi Bahadur Kərimov, məsləhətçi Nailə Rəsulzadə, AzərbaycanQəsəbə Bələdiyyələri Milli Assosasiyasının icra katibi Tofiq Həsənov,DİA-nın əməkdaşları-professor Xatirə Hüseynova, dosent İbrahimxəlil İbrahimov, dosent Murtəza Həsənov,  dosent Ağamehdi Mehdiəliyev müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

         Kursun sonunda Akademiyanın rektoru akademik Urxan Ələkbərov və Akademiyanın Tədris işləri üzrə I prorektoru professor Əlikram Abdullayev  dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişlər.

DİA-da eyni zamanda ASAN Xidmətdə çalışan könüllülər üçün “Rəqəmsal iqtisadiyyat” mövzusunda təlim təlil edilmişdir. Təlimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili və digərləri çıxış etmişlər.