Dövlət İdarəçilik Akademiyasında «Yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı» adlı seminar keçirilib
Mart 01 , 2018 – 03:44
2018-ci il fevral ayının 27-28 tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı» adlı seminar keçirilib. Seminara dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.
«Yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı» adlı seminarın əsas məqsədi «Azərbaycanın innovativ inkişafı və hüquqi islahatlar», «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının vəzifələri haqqında», «Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş 2016-cı il 16 dekabr tarixli dəyişikliklərlə bağlı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanın icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının vəzifələri haqqında», «Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 01 dekabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının vəzifələri haqqında», «Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarının vəzifələri haqqında» mövzularla bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılıb.
«Yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı» adlı seminar üzrə – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi Musa Hümbətov, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin rəisi Teymur Şəkərəliyev müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.