loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 15 iyun Milli Qurtuluş Günü qeyd edilmişdir
İyn 14 , 2016 – 03:24

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə  15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

            Elmi-praktik konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını müstəqillik tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmasından, Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, həmçinin bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin tərəqqisi, xalqın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır.

Rektor, xalqın öz xilaskarı kimi Heydər Əliyevə üz tutmasının düzgün tarixi seçim olduğunu qeyd etmiş, Ulu Öndərin ideyalarını uğurla və yaradıcılıqla həyata keçirən ölkə prezidenti cənab İlham Əliyevin respublikamızın davamlı inkişafı naminə gördüyü işlərdən danışmış, bu illər ərzində əldə etdiyimiz uğurların qazanılması istiqamətində onun apardığı müdrik siyasət nəticəsində ölkəmizin potensialının və nüfuzunun günbəgün artdığını qeyd etmişdir.

Elmi-praktik konfransda çıxış edən Milli Məclisin deputatı, DİA-nın “Siyasi araşdırmalar institutu”nun müdiri, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Milli Məclisin deputatı, Dövlət İdarəçilik Akademiyası “Dövlət qulluğu və kadr siyasət kafedarası”nın dosenti, siyasi elmlər nazizədi Aydın Mirzəzadə və digər çıxış edən məruzəçilər Heydər Əliyevin xilaskarlıq missiyasının tariximizə Milli Qurtuluş Günü kimi daxil olması barədə fikirlərini, Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyi vurğulanıb.