loader image

Dia.edu.az

“Türk dövlətləri və türk məşhurları” mövzusunda əsərlərin redaksiyası ilə bağlı toplantı keçirilmişdir
Fev 03 , 2016 – 11:49

      Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Azərbaycandan bir qrup alimlə 21-22 yanvar 2016-cı il tarixində Türkiyə Cümhuriyyətində “Türk dövlətləri və türk məşhurları” mövzusunda əsərlərin redaksiyası ilə bağlı toplantıda iştirak etmişdir. Səfər zamanı Azərbaycandan olan alimlər Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar tərəfindən təşkil olunmuş Azərbaycan Kültür Evində Azərbaycanlılara qarşı törədilmiş soyqırımı tarixini əks etdirən sərgi ilə tanış olmuş, Azərbaycan Kültür Evinə Azərbaycan tarixinə dair jurnallar hədiyyə etmişlər. Bilal Dündar Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası haqqında ətraflı məlumat vermiş, fəaliyyətlərini işıqlandıran kitabları hədiyyə etmişdir.