16 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Vətənpərvərlik” və “Kitab” klublarının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunmuş “Qanlı yanvardan qürurlu gələcəyə” adlı tədbir keçirilmişdir.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin açılış nitqini DİA TGT-nin baş katibi Asiman Əhmədov edərək şəhidlərə Allahdan rəhmət diləmiş, anım günü ilə bağlı çıxış etmişdir.
Tədbirdə DİA-nın Tarix kafedrasının professoru, tarix elmləri doktoru Havva Məmmədova iştirak edərək xalqımızın yaddaşına qanla yazılmış faciənin tarixi əhəmiyyəti haqqında geniş nitq ilə çıxış etmişdir.