loader image

Dia.edu.az

2 fevral- Gənclər Günü münasibətilə Dövlət İdarəçilik Akademiyasının bir qrup tələbəsi təltif olunmuşlar

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezdenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər haqqında qeydlər aparmışdır. Rektor tələbələrin təhsil həyatında və ictimai fəaliyyətlərdə aktiv iştirakını yüksək qiymətləndirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir. Daha sonra sosial iş, təlim – tərbiyə və təşkilati məsələlər üzrə müşavir Zaur Məmmədov çıxış edərək İdarəçilik Akademiyasının tələbələrinin son 1 il ərzində əldə etdikləri yüksək nailiyyətlər haqqında danışaraq ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən, dövlət qulluğu, beyin mərkəzləri, media və ictimai – siyasi sektorlarda gənclərin əldə etdikləri nailiyyətlər haqqında danışmışdır. Z. Məmmədov gənclər hərəkatları, könüllü təşkilatlarında, həm kəmiyyət, həm də, keyfiyyət baxımından məhz akademiyanın tələbələrinin xüsusilə seçildiklərini diqqətə çatdırmışdır. O, Akademiyanın gənclərinin fəal şəkildə vətəndaş mövqeyini nümayiş etdirdiklərini, onların ölkənin ictimai – siyasi həyatında aktiv iştirakına toxunaraq, dövlətçi və vətənpərvər ruhda yetişən gənclərin fəaliyyətlərinə toxunmuşdur. Sonda, tələbələrin mükafatlandırılma mərasimi baş tutmuşdur. Azərbaycan Respublikasının Prezdenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Tədris işləri üzrə prorektor Əlikram Abdullayev, Ümumi işlər üzrə prorektor Mirağa Seyidli, sosial məsələlər, təlim – tərbiyə, təşkilati məsələlər üzrə müşavir Zaur Məmmədov, Siyasi İdarəetmə Fakültəsinin dekanı Murtəza Həsənov, İnzibati İdarəetmə Fakültəsinin dekanı Elnur Əliyev və Tələbələrlə İş üzrə Koordinator Murad Həsənxanlı tələbələrə sertifikatları təqdim etmişlər. DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə çıxış edərək rektor, akademik Urxan Ələkbərova göstərilən diqqətə görə təşəkkürünü bildirmiş və gələcək fəaliyyət planı haqqında məlumat vermişdir.