8 aprel 2025-ci il tarixində Moskvada Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında “Hüquq və milli təhlükəsizliyin kommunikativ aspektləri” adlı konfrans keçirilmişdir. Konfransın plenar iclasında tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında ⁶Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Fuad Məmmədov “Yüksək mədəniyyətli insan – bəşəriyyətin humanitar təhlükəsizliyinin strateji məqsədi kimi” mövzusunda məruzə etmişdir. Maraq doğuran çıxış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən, Azərbaycan Respublikasının sosial-mədəni inkişafı üzrə yeni strategiya kontekstində hazırlanıb. Çıxışda mədəniyyət və sivilizasiya anlayışları, ailə mədəniyyəti, dövlət idarəçiliyi və özünüidarəetmə mədəniyyəti, vətəndaşların özünü inkişaf və təkmilləşdirmə mədəniyyəti, insan və beynəlxalq münasibətlər mədəniyyəti və s. kimi məsələlərə toxunulmuşdur.
- 09 Апр
- 2025