Dövlət İdarəçilik Akademiyasında dərslər onlayn formada davam etdirilir
Apr 06 , 2020 – 12:54
Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilin davamlılığını təmin etmək məqsədilə dərslər distant tədris olunur.
Tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsi məqsədilə onlayn platformalar üzərindən dərslər davam etdirilir. “Zoom call” proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavr və magistrlər cəlb olunur. Ümumilikdə isə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulur. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris edilir.
Yaxın günlərdə akademiyanın ixtisasartırma pilləsində təhsil alan müdavimlər üçün də onlayn dərslərə başlanacaq.