loader image

Dia.edu.az

  • 10.12.2019 - 12:00
  • Bakı, Azərbaycan

E L A N

 

Azərbaycan Respublikasının Prezidenti yanındDövlət İdarəçilik Akademiyası

2019-cu il üçün aşağıdakı ixtisaslar üzrə

doktorantura və dissertanturaya (fəlsəfə doktoru proqramı üzrəqəbul elan edir 

Докторантура

Elm sahələri və ixtisaslar

Şifrələr

Cəmi

Büdcə hesabına

əyani

qiyabi

SİYASİ ELMLƏR:

59

 
Beynəlxalq münasibətlər

5901.01

1

1

      –
Davamlı inkişafın idarə edilməsi

5902.17

1

1

Siyasi institutlar və sistemlər

5904.01

2

1

1

Siyasi nəzəriyyə

5908.01

1

1

Dövlət idarəçiliyi

5909.01

2

1

1

İQTİSAD ELMLƏRİ:

53

Sənayenin təşkili və dövlət siyasəti

5309.01

1

1

TARİX:

55

 

 

 

Beynəlxalq münasibətlər tarixi

5507.01

1

1

HÜQUQ ELMLƏRİ:

56

Mülki hüquq; sahibkarlıq hüququ; ailə hüququ; beynəlxalq xüsusi hüquq

5607.01

1

1

Dissertantura

Elm sahələri və ixtisaslar

Şifrələr

Cəmi

Ödənişli əsaslarla

SİYASİ ELMLƏR:

59

 

Beynəlxalq münasibətlər

5901.01

1

1

Davamlı inkişafın idarə edilməsi

5902.17

1

1

Siyasi institutlar və sistemlər

5904.01

2

2

Siyasi nəzəriyyə

5908.01

1

1

Dövlət idarəçiliyi

5909.01

2

2

Qəbul qaydaları

  1. 1.      Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.
  2. 2.      Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

–          rektorun adına ərizə;

–          kadrların şəxsi-qeydiyyat vərəqi;

–          tərcümeyi-hal;

–          2 ədəd fotoşəkil (3×4 sm ölçüdə);

–          iş yerindən xasiyyətnamə;

–          iş stajı olanlar üçün əmək kitabçasından çıxarış (doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya təqdim edilir);

–          çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

–          ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);

–         şəxsiyyəti təsdiq edən sənədin surəti.

Diplomun əsli, şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.

Qəbul haqqında ərizə və sənədlər 2019-cu il dekabr ayının 28-dək aşağıda göstərilən ünvana təqdim olunmalıdır:

ÜNVAN: Bakı, Lermontov küçəsi 74, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsi, otaq 34 

TEL: (012) 492-65-52.

EVENT INFO :

  • Start Date:10.12.2019
  • Start Time:12:00
  • End Date:10.12.2019
  • Location:Bakı, Azərbaycan