BAKALAVR SƏNƏD QƏBULU
2022-2023-cü tədris ili
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr səviyyəsinə qəbul olunan tələbələr sentyabr ayının 2-dən 12-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Daha sonra lazım olan məlumatları daxil edib, aşağıdakı sənədlərin sürətini əlavə etməlidirlər.
1) Attestatın surəti
2) Şəxsiyyət vəsiqəsinin sürəti
3) Sağlamlıq haqqında arayışın surəti
Ödənişli əsaslarla qəbul olan tələbələr, lazımi məlumatları və sənədləri daxil edib müraciəti göndərdikdən sonra portal vasitəsilə ali təhsil müəssisəsi tərəfindən həmin tələbəyə ödəniş etməli olduğu bildiriləcək. Bundan sonra tələbə aşağıdakılardan biri vasitəsilə ödəniş edə bilər:
- Tələbə şəxsi kabineti ilə ödəniş edə bilər.
- Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər.
- Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edə bilər.
Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir.
Diqqət: portal.edu.az saytından qeydiyyatdan keçən tələbələr tədris ili başladıqdan sonra aşağıdakı sənədləri Akademiyaya təqdim etməlidirlər:
- Attestat (surəti ilə birlikdə);
- Şəxsiyyət vəsiqəsinin sürəti 2 nüsxə
- 3×4 – 4 ədəd şəkil,
- Tibbi arayış (şəkilli);
- Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);
- Həmçinin, Akademiyaya ödənişli əsaslarla qəbul olmuş, lakin güzəştli kateqoriyaya daxil olduğu üçün ödənişdən azad olan tələbələr müvafiq sənədin notarial təsdiq olunmuş sürətini (Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) – şəhid ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Qarabağ müharibəsi əlili (I və II qrup) olan şəxslərin övladları – əlil ailəsi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Məcburi köçkünlərin övladları – tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin notarial təsdiq edilmiş sürəti); Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin notarial təsdiq edilmiş sürəti); Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin notarial təsdiq edilmiş sürəti) təqdim etməlidirlər.
EVENT INFO :
- Start Date:02.09.2022
- Start Time:00:00
- End Date:12.09.2022
- End Time:00:00