loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Heydər Əliyev irsi və Azərbaycan Respublikasının innovativ dövlət idarəçiliyi islahatları” mövzusunda elmi-praktik konfrans keçirilib
May 04 , 2017 – 10:21

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev irsi və Azərbaycan Respublikasının innovativ dövlət idarəçiliyi islahatları” mövzusunda elmi-praktik konfransı keçirilib. DİA-nın “Elmi-təşkilat” şöbəsinin təşkilatçıllığı ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ölkəmizin müasir inkişaf tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ideyalarının və siyasi irsinin layıqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyada inkişaf etmiş ölkələr sırasında layıqli yerini tutmuşdur. Daha sonra DİA-nın doktorant və dissertantlarının 26 məruzəsi dinlənilmişdir.