loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasəti” və “Bələdiyyə İdarəçiliyinin Aktual Problemləri” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçirilmişdir
Dek 02 , 2016 – 11:23

28 noyabr 02 dekabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasəti” və “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətləri üzrəqısamüddətli  ixtisasartırma kursları keçirilmişdir. Kurslara dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları və bələdiyyə sədrləri cəlb olunmuşlar.

         Bu istiqamətdə kursun əsas məqsədi “Azərbaycanda Dövlət Ailə, Qadın və Uşaq siyasəti”  istiqaməti üzrə ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsində ictimai-siyasi təşkilatların rolu, qadınların ictimai-siyasi fəallığının təmin olunmasında cəmiyyətin inkişafında rolu, islamda ailə və nigah məsələlərinə yanaşma, erkən və qeyri-rəsmi nigahlar, ailə siyasətində mövcud problemlər, “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətləri üzrəkeçirilən kursda Azərbaycanda yerli özünüidarəetmə inkişafının prioritet istiqamətləri, bələdiyyə fəaliyyətinin təşkili istiqamətləri, yerli özünüidarəetmənin hüquqi əsasları və hüquqi təminatları, bələdiyyələrin funksiyaları, səlahiyyətləri və vəzifələri-yerli inkişaf proqramları və s. problemlərlə  bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması oldu.

          Kurs ərzində “Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasəti” istiqaməti üzrə -Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Milli Məclisinin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva, Aparat rəhbəri Ceyran Rəhmətullayeva, hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin şöbə müdirnin müavini Rəna Abdullayeva, Daxili İşlər nazirliyinin şöbə rəisi İlkin Qurbanov, Ədliyyə nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev, Mədəniyyət və Turizm nazirliyinin sektor müdiri, Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov,  DİA-nın professoru Fuad Məmmədov, “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətləri üzrə isə Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, millət vəkili Tahir Rzayev, millət vəkili Kamran Bayramov, DİA-nın professoru Xatirə Hüseynova, Türkiyə və Orta Şərq Dövlət İdarəçiliyi İnstitutunun (TODAİE) tanınmış alimləri professor Aslı Akay, dosent Hüseyin Bayraktar, dosent Selim Çapar, professor Nese Songur, professor Alper Çabuk və digərləri müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər. 

         Kursların sonunda  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Akademiyanın I tədris işləri üzrə prorektoru professor Əlikram Abdullayev kursu müvəffəqiyyətlə bitirdiklərinə görə dinləyicilərə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişlər.