preloader-matrix

Dia.edu.az

Rusiyada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən jurnal dərc olunub
Okt 03 , 2016 – 03:57

Rusiyanın nüfuzlu elmi nəşrlərindən olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən xüsusi buraxılışı dərc olunubdur. “Müasir elmi fikir” jurnalı vasitəsilə baş redaktor İ.Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqaları Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi münasibətilə təbrik ediblər. Jurnalda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədovanın “Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri” adlı məqaləsi də yer alıbdır.