preloader-matrix

Dia.edu.az

Tələbələrimiz müsabiqədə fərqlənmə sertifikatına layiq görülüblər

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri “46-cı ICPC (International Collegiate Programming Contest) – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVII Azərbaycan Birinciliyi) 4 komanda ilə təmsil olunub. Müsabiqənin nəticələrinə görə hər bir komandamız fərqlənmə sertifikatına layiq görülmüşdür.

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə onlayn formada baş tutan müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən hər komandada 3 tələbə və komanda rəhbəri olmaqla 87 komanda iştirak edib.

Komandalara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Nəticələr sistem tərəfindən avtomatik olaraq qiymətləndirilib.

 

“46-cı ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin 2022-ci ildə keçiriləcək yarımfinal mərhələsində ölkəmizi təmsil edəcək komandaların adları yanvar ayında məlum olacaq.

Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütamadi olaraq keçirilir. 45-ci ICPC 2020-2021 statistikasına görə son müsabiqədə 115 ölkənin 3000-ə yaxın ali təhsil müəssisəsindən 60000-ə yaxın tələbə iştirak etmişdir. Azərbaycan Ali təhsil müəssisələrinin komandaları isə bu müsabiqədə 2005-ci ildən etibarən mütəmadi olaraq iştirak edirlər.

Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını aşağıdakı komandalar təmsil etmişlər:

APA-1 komandası

Komandanın rəhbəri:

Musayeva İlahiyə (Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrası).

Komandanın üzvləri:

  • Əmir Ələkbərli
  • İlkin Ələkbərli
  • Asim Əlizadə

 

APA-2 komandası

Komandanın rəhbəri:

Elvin Əzizbəyov (İntellektual sistemlərin idarə olunması kafedrası).

Komandanın üzvləri:

  • Taleh Məlikov
  • Leyla Əliyeva
  • Murad Əzimzadə

 

APA-3 komandası

Komandanın rəhbəri:

Musayeva İlahiyə (Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrası).

Komandanın üzvləri:

  • Arzu Teymurova
  • Afət Ağayeva
  • Ramiz Vəliyev

 

APA-4 komandası

Komandanın rəhbəri:

Elvin Əzizbəyov (İntellektual sistemlərin idarə olunması kafedrası).

Komandanın üzvləri:

  • Əhməd Əhmədov
  • Səkinə Əlizadə
  • Rəfiqə Əlifova

 

Ətraflı məlumat üçün aşağıdakı linkə keçid edə bilərsiz:

https://icpc.global