loader image

Dia.edu.az

SƏNƏD QƏBULU




E  L  A  N

 

2019/2020-ci tədris ilində

Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasına

qəbul olmuş tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan sənədlərin

SİYAHISI

 1. İş nömrəsi və şəxsi kabinetin istifadəçi adı

2. Attestat (əsli)

2. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxə);

3. 4 ədəd 3×4 ölçüdə rəngli fotoşəkil;

4. Tibbi arayış (şəkilli);

5. Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu yer, hal-hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərilməli);

6. 1ədəd sadə ipli qovluq.

 

Akademiyaya ödənişli əsaslarla qəbul olmuş aşağıdakı şəxslər lazımi sənədləri təqdim etməklə ödənişdən azad oluna bilərlər:

1. Dövlətin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların övladları (20 yanvar və Qarabağ müharibəsi şəhidləri) – şəhid ailəsi olması haqqında vəsiqələrin əsli və surəti (notarial təsdiq);

2. Qarabağ müharibəsi veteranı və əlili (I və II qrup) olan şəxslərin övladları – veteran və əlil ailəsi olması haqqında vəsiqələrin əsli və surəti (notarial təsdiq);

3. Məcburi köçkünlərin övladları – tələbənin və valideynlərinin məcburi köçkün olması haqqında vəsiqələrinin əsli və surəti (notarial təsdiq);

4. Valideyn himayəsindən məhrum olan şəxslər (habelə bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan şəxslər) – valideynlərdən hər hansı birini itirməsi və digərinin əlilliyi olması haqqında vəsiqələrin əsli və surəti (notarial təsdiq);

5. Əlillik dərəcəsi (I və II qrup) olan gənclər – əlillik dərəcəsinin olması haqqında vəsiqənin əsli və surəti (notarial təsdiq);

6. Ailə tərkibi haqqında arayış;

7. Valideynlərin şəxsiyyət vəsiqələrinin əsli və surəti.

 

Akademiyaya ödənişli əsaslarla daxil olmuş abituriyentlər birinci tədris ili üçün təhsil haqqını tam ödədikdən sonra qeydiyyatdan keçə bilərlər.

 

Sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək 24 nömrəli otaqda aparılacaqdır.

İş vaxtı:                       bazar ertəsi – cümə günləri, saat 1000 – 1700 (1300 – 1400 – fasilə)

Əlaqə nömrəsi:           (+99412) 492 66 19, (+99412) 492 65 29,(+99470) 244 24 48

e-mail:                         qeydiyyat@dia.edu.az