preloader-matrix

Dia.edu.az

Türkiyə Prezidenti Dövlət İdarəçilk Akademiyasının məzununa ödül təqdim edib
İyn 18 , 2015 – 04:12

      Türkiyə   Prezidenti    Rəcəb Tayyip Erdoğan   Türkiyədə təhsil alan əcnəbi tələbələrin məzuniyyət mərasiminə qatılıb.

          Rəcəb Tayyip Erdoğan azərbaycanlı magistr Leyla Sultanlıya 2015-ci ildə Türkiyədə məzun olan xarici tələbələr arasında 20 ən bacarıqlı tələbələrdən biri kimi ödül təqdim edib. Leyla Sultanlı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilk Akademiyasında bakalavr təhsili alıb.

          O, 1991-ci il təvəllüdlüdür, 32 saylı orta məktəbi bitirmiş, 2009-cu ildə qəbul imtahanlarında 621 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinə daxil olub. Akademiyanı Fərqlənmə diplomu ilə bitirərək, elə həmin ildə Türkiyə Cümhuriyyəti Hacettepe Üniversitetinin Public Administration-Dövlət İdarəçiliyi fakültəsinə daxil olub. Hacettepe Üniversitetini bu il yüksək qiymətlərlə bitirib. “Azərbaycanda Elektron Hökümət” adlı elmi iş üzərində işləyir.