preloader-matrix

Dia.edu.az

Veb texnologiyaları üzrə ölkə səviyyəsində yarış

 

WorldSkills haqqında

WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platformanın əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi timsalında WorldSkills International təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək, eləcə də gənc kadrlara öz bacarıqları ilə ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı yaradır. Növbəti bacarıq olimpiyadası 2022-ci ilin oktyabr ayıdan Çinin Şanxay şəhərində keçiriləcək. “Shanghai2022” bacarıq olimpiyadası  zamanı dünyanın 85 ölkəsindən gələn 1500-dən artıq müsabiqəçi 60 bacarıq istiqaməti üzrə 5 gün boyunca yarışacaqlar. Azərbaycan sözügedən bacarıq olimpiyadasında üç bacarıq istiqaməti üzrə təmsil olunacaq.          

Yarış haqqında

İyul ayında WorldSkills Azerbaijan 60 bacarıq istiqamətindən biri olan Veb  texnologiyaları üzrə ölkə səviyyəsində yarışın keçirilməsini planlaşdırır. Bu yarış ölkəmizdə WorldSkills modelinə uyğun keçiriləcək ilk yarış olacaq. Belə ki, yarışın test tapşırığı və qiymətləndirmə meyarları WorldSkills peşə standartları  əsasında  müəyyən ediləcək.

Yarışın keçirilmə məqsədi veb proqramlaşdırma sahəsində gənclərin hazırlıq səviyyəsini müəyyən etmək və gənclərin İKT sahəsinə marağını artırmaq, eləcə də yarışların təşkilində təcrübə qazanmaqdır. Bununla yanaşı, sözügedən yarışda yüksək nəticə göstərmiş müsabiqəçilər beynəlxalq yarışlara hazırlıq prosesinə cəlb edilə və həmin yarışda Azərbaycanı təmsil etmək imkanı qazana bilərlər.

Yarışın Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (SİPTM) keçirilməsi nəzərdə tutulur. Mərkəzin infrastrukturuna və WorldSkills yarışlarının avadanlıqla bağlı tələblərinə uyğun olaraq sözügedən yarışda 30 nəfərə qədər şəxsin iştirakı mümkündür. Yarışa 21 yaşa qədər istənilən Azərbaycan gənci qeydiyyatdan keçə bilər. Son qeydiyyat tarixi 5 iyuldur.

Yarış iki mərhələdən ibarət olacaq:

1.“Speed test” mərhələsi. 6 iyul tarixində keçiriləcək bu mərhələdə qeydiyyatdan keçmiş gənclər onlayn qaydada veb proqramlaşdırma üzrə 10-15 sualı cavablandıracaqlar. Bu mərhələ ilkin seçim turunu təşkil edəcək.

2.“Final” mərhələsi. “Speed test” mərhələsində yüksək nəticə göstərmiş iştirakçılar 12-13 iyul tarixlərində keçiriləcək yarışın final mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdə müsabiqəçilər “front-end”, ”back-end” və ”CMS/Wordpress” kimi modullar üzrə praktiki tapşırıqları yerinə yetirəcəklər.

Müsabiqənin qalibi olmuş gənclər yarışın baş sponsoru olan ATL Tech və ATL Academy şirkətlərində müvafiq olaraq təcrübə keçmək və müxtəlif proqramlar üzrə təhsil almaq, qiymətli hədiyyələr qazanmaq, eləcə də WorldSkills Asia tərəfindən təşkil edilən beynəlxalq yarışda iştirak etmək və Azərbaycanı təmsil etmək imkanı əldə edəcəklər.

WorldSkills Azerbaijan 21 yaşa qədər olan gənclər arasında veb proqramlaşdırma üzrə yarış elan edir. Yarış iki mərhələdən ibarət olacaq:


 

6 iyul “Speed Test” adlanan ilkin seçim mərhələsi;

12-13 iyul yarışın “Final” mərhələsi.

 

Son qeydiyyat tarixi: 5 iyul!

 

Yarış və müraciət qaydaları haqqında ətraflı məlumat: http://worldskillsaz.org/web/

 

Qeydiyyat linki: https://bit.ly/2SjqiT2

 

Əsas tərəfdaşlar: Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi

 

Baş sponsor: ATL TechATL Academy

Təşkilati dəstək: AzEduNetSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

#WorldSKillsAzerbaijan #WorldSkillsAz #WorldSkills #Müsabiqə #yarış #web #vebproqramlaşdırma #IT #proqramlaşdırma

 

Sosial şəbəkə hesablarımız: https://www.facebook.com/worldskillsaz.org

https://www.linkedin.com/company/71528422/admin/

Instagram: Worldskillsazerbaijan