Dia.edu.az

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gəncləri salamlayıb və qeyd edib ki, Vətənpərvərlik tərbiyəsi həmçinin gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını da özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insani səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu keyfiyyətləri gənclərə aşılamaq üçün isə gənc nəslin tarixi yerlərə gəzintisini təşkil etmək, tarixi günlərə həsr olunmuş tədbirlər keçirmək böyük əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.
Çıxışına davam edən Bəxtiyar Nəbiyev bildirdi ki, bu gün Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı qanı-canı bahasına geri qaytarması dövlət, millət olaraq nəyə qadir olduğumuzu bir daha sübüt edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi. Çünki vətənpərlik emosiya və hisslərlə bağlı olduğundan bu hisslərin tərbiyəsi hər bir dövlət və cəmiyyət üçün vacib məsələdir.

Çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov söyləyib ki, Ulu Öndər və onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Urxan Ələkbərov çıxışına davam edərək bildirb ki, ölkəmizin inklüziv inkişaf edən cəmiyyətin qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadadır. Ölkədə tətbiq edilən komplimentar texnologiyalar müxtəlif yanaşmaları özündə ehtiva edir. Proqram və layihələrin gerçəkləşdirilməsində iştirak edən bütün milli və beynəlxalq tərəfdaşların maraqlarının nəzərə alınması komplimentarlıq prinsipləri əsasında inkişaf proseslərinin idarə edilməsinin önəmli elementlərindəndir. Bu yanaşma ölkənin xarici siyasətinin formalaşdırılması baxımından da vacibdir. Qeyd etmək lazımdır ki, iqtisadi və sosial inkişafın innovativ idarə edilməsi texnologiyaları sisteminin bütün elementləri maliyyə və başqa maddi resursların, o cümlədən insan resurslarının istifadəsi səmərəliliyinin yüksəldilməsi nöqteyi-nəzərindən olduqca önəmlidir. Bu arada inkişafproseslərinin planlaşdırılması və idarə olunması sahəsində bacarıq və biliklərin, insan potensialının formalaşdırılması və səfərbər edilməsi iqtisadi və sosial baxımdan yüksək nəticələrin qazanılmasında vacib faktor kimi çıxış edir
Son 19 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıb. Təhlillər göstərir ki, Azərbaycan Respublikasında qazanılan uğurların əsasında ölkə Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən işlənilmiş, nəzəri əsasları və tətbiq üsulları yeni olan idarəetmə texnologiyaları kompleksi dayanır. Məhz bütün bu faktorlar vətənimizin dayanıqlı inkişafına rəvac verməkdədir. Sonra Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov gənclərə bu istiqamətdə öz tövsiyyələrini verib və onlara gələcək həyatda uğurlar arzu edib.

Sonda gənclərlə xatirə şəkli çəkilib.