loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının dosentinin məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun həmmüəllifi olduğu “A time-nonlocal inverse problem for a hyperbolic equation with an integral overdetermination condition” (“Hiperbolik tənlik üçün əlavə inteqral şərtli zamana görə qeyri-lokal tərs məsələ”) adlı məqalə  Riyaziyyat və Tətbiqi riyaziyyat sahələrində Q1 kateqoriyalı “Electronic Journal of Qualitative Theory of Differential Equations” (“Diferensial Tənliklərin Keyfiyyət Nəzəriyyəsi üzrə Elektron Jurnal”) adlı beynəlxalq jurnalda dərc olunub (Journal Citation Reports®, Science Citation İndex Expanded, Impact factor: 1.827).

Məqalə qeyri-lokal şərtlər daxilində ikinci tərtib hiperbolik tənlik üçün qoyulmuş tərs sərhəd məsələsinin klassik həllolunanlığının öyrənilməsinə həsr olunmuşdur. Əvvəlcə baxılan məsələ eyni verilənlər daxilində köməkçi ekvivalent məsələyə gətirilmiş, sonra Furye üsulunun və sıxılmış inikas prinsipinin köməyi ilə kiçik zaman fasiləsi üçün ekvivalent məsələnin həllinin varlığı və yeganəliyi haqqında teoremlər isbat olunmuşdur. Daha sonra isə, ekvivalentlik şərtindən istifadə edərək baxılan məsələnin klassik həllinin varlığı və yeganələyi göstərilmişdir.

Məqaləni oxumaq üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://www.math.u-szeged.hu/ejqtde/periodica.html?periodica=1&paramtipus_ertek=publication&param_ertek=8993