loader image

Dia.edu.az

Rəhbər Kadrların Yenidən Hazırlanması fakültəsində “İnsan hüquqlarının müdafiəsində Konstitusiya Məhkəməsinin rolu” mövzusunda görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” ilə bağlı təsdiq olunmuş tədbirlər planına əsasən silsilə görüşlər davam edir. Aprelin 21 -də Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyevin “Rəhbər kadrların yenidən hazırlanması” fakültəsində dövlət qulluqçusu olan magistrantlar üçün “İnsan hüquqlarının müdafiəsində Konstitusiya Məhkəməsinin rolu” mövzusunda mühazirəsi baş tutmuşdur.
Kamran Şəfiyev çıxışında 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın hüquqi dövlət quruculuğu və demokratik cəmiyyətin formalaşmasındakı roluna toxunmuşdur. O, Ümummilli Lider Heydər Əliyevin Konstitusiyanın hazırlanmasındakı tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatları xüsusi vurğulamışdır.
Hakim, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin konstitusiya nəzarətinin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsində oynadığı rolu izah etmiş, beynəlxalq təcrübəyə əsasən müxtəlif nəzarət modelləri və onların hüquqi əhəmiyyəti barədə məlumat vermişdir. Həmçinin, Konstitusiya Məhkəməsinin qərarlarının hüququn inkişafına və hüquqi şüurun formalaşmasına verdiyi töhfələrə toxunulmuşdur.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.