loader image

Dia.edu.az

DİA-nın nümayəndəsi BMT-nin Beynəlxalq Biomüxtəliflik Günündə körpə nərə və qızılbalıqlarının Xəzər dənizinə buraxılması tədbirində iştirak etdi

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Xəzər dənizinə buraxılıb.
Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı qlobal ekoloji 22 may tarixini Beynəlxalq Biomüxtəliflik Günü elan edib. Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsi probleminə, eləcə də onların qorunub saxlanılması və bərpası yollarına yönəltməkdir.
22 may 2025-ci il tarixində Neftçala şəhərində “LU-MUN Holding”in törəməsi olan “Azerbaijan Fish Farm” MMC-nin təşkil etdiyi BMT-nin Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş xüsusi balıq buraxılışı tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Xəzər dənizinə 100,000 Nərə balığı və 20,000 Xəzər qızılbalığı buraxılıb.
Tədbirdə Kənd Təsərrüfatı naziri, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, FAO-nun Azərbaycanda nümayəndəsi, ölkəmizdə təmsil olunan bir neçə xarici səfirlər, balıqçılıq və akvakultura sahəsi üzrə fəaliyyət göstərən özəl şirkətlər və dövlət qurumlarının nümayəndə heyətləri iştirak edib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov tədbirdə iştirak etmişdir. Tədbirdə iştirak edən qonaqlar bu cür korporativ ekoloji məsuliyyət proqramlarının əhəmiyyətini qeyd ediblər. .