loader image

Dia.edu.az

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericilik və onun tətbiqi” mövzusunda təlim keçirilib.

Təlimdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Nağıyev Fəxrəddin Tağı oğlu mühazirə ilə çıxış edərək dövlət qulluğunun qanunvericilik bazası, tətbiq sahələri və dövlət idarəçiliyində onun rolu barədə geniş məlumat verib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı keçirilən tədbirlər çərçivəsində təşkil olunub. Təlim zamanı dövlət idarəçiliyində şəffaflıq, səmərəlilik və vətəndaş məmnunluğuna əsaslanan innovativ yanaşmalar vurğulanıb, qanunvericiliyin tətbiqi ilə bağlı təcrübə və perspektivlər müzakirə edilib.

Təlim iştirakçıları Azərbaycan dövlət idarəçiliyi sistemində aparılan islahatların və qanunvericilik yeniliklərinin tətbiqinin vacibliyini yüksək qiymətləndirib və bu sahədə biliklərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Azərbaycan Respublikasının dövlət qulluğuna dair qanunvericiliyin inkişafı və onun effektiv tətbiqi məqsədilə keçirilən belə təlimlər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və vətəndaşlarla münasibətlərin daha da gücləndirilməsinə töhfə verir.